backend

Bakı, Sumqayıt və Abşeronda bu qadağa götürüldü

Bu gündən Bakı metrosu, habelə paytaxtda, Sumqayıtda, Abşeron rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslar fəaliyyətini bərpa edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.

Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulub.

Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması sentyabrın 30-dək tətbiq ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*