Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, Bakıdan üzü Sumqayıt istiqamətində hərəkətdə olan “Prius” markalı minik avtomobili ağır tonnajlı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində “Prius”un sürücüsü və sərnişin həyatını itirib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Təcili Tibbi Yardımın əməkdaşları cəlb olunub.
Qeyd edək ki, qəza səbəbindən həm Bakıdan-Sumqayıta gedən yolda, həm də əks istiqamətdə böyük tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Müşviq Tofiqoğlu,
KONKRET.az