Bakı-Tbilisi DİALOQU: Avropanın qaz xilasında Kremlə kim gün ağlayacaq?backend

Bakı-Tbilisi DİALOQU: Avropanın qaz xilasında Kremlə kim gün ağlayacaq?

Gürcüstan və Azərbaycan Avropaya yeni qaz tədarükü layihəsi çərçivəsində infrastrukturun qiymətləndirilməsinə başlayıb.

KONKRET.az xəbər verir ki, enerji layihəsi Azərbaycan qazının Gürcüstan ərazisindən keçməklə Qara dəniz vasitəsilə mayeləşdirilmiş formada Rumıniyaya tranzitini, oradan yanacağın digər Şərqi Avropa ölkələrinə çatdırılmasını nəzərdə tutur.

Kreml təhdidləri lətifələşir

Ukraynadakı işğal əməliyyatına qədər Rusiya Avropanın əsas qaz təchizatçısı olub. Qərbin sanksiyaları “Şimal axını” layihələrini donduran zamanda Rusiya bütün Avropanın qışda donacağını iddia edirdi. Elə həmin vaxt Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Bakıya səfər etdi və Azərbaycanla enerji memorandumu imzalandı. Prezident İlham Əliyevlə görüşdə Ursula fon der Lyayen 3 məqamı xüsusi qeyd edib:

“Birincisi, biz Azərbaycandan Aİ-yə təbii qaz nəqlini artırmağı planlaşdırırıq. Bu memoranduma əsasən, biz Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Memorandumun ikinci mühüm məqamı bərpa olunan enerji mənbələri məsələsidir. Üçüncüsü, təbii qaz sahəsində əməkdaşlığımız ətraf mühitin qorunması üzrə öhdəliklərimizə uyğun olmalıdır”.

Bu çıxış hazırda dolaşan makronvari şayiələrin erməni xamxəyalı kimi yalandan başqa bir şey olmadığını təsdiqləyir. Yəni Emmanuel Fransası Azərbaycanı Avropadan ayıra bilməz. 1994-cü ildə Azərbaycan “Əsrin müqaviləsi” ilə özünün dünya üçün daimi enerji tərəfdaşlığını sığortalayanda Makron Jan Tardyenin pyesində müqəvva rolunu canlandırırdı. Qeyd edək ki, həmin tamaşanın rejissoru Makronun ağbirçək zövcəsi Bricit olub.

Azərbaycanın geosiyasi və geoiqtisadi gedişləri Parisin Bakı təhdidlərini, Kremlin isə Avropaya ünvanladığı donma xəbərdarlıqlarını gülüş hədəfinə çevirib. Yəni Makron frankmasson oldu-olmadı, İrəvana görə köhnə qitə ilə Azərbaycanın münasibətlərinə soyuqluq gətirmək istədi-istəmədi qulağının dibini görəcək. O ki qaldı Rusiyanın Avropanı buzlaşma ilə hədələməsinə, bu, zorlanan qadının cırmaq atması kimidir. Həm də təzad doludur:

✓ Rusiya Avropanın qışda donacağını deyir.

✓ Rusiya Avropaya qaz ötürmək üçün Türkiyə və Azərbaycanın tranzit xətlərindən yararlanmaq istəyir.

Deyəsən, rusların özü şaxtalı sanksiyaların badına getməmək üçün bütün ultimatum metodlarına əl atırlar. Qərb isə “Qazprom” qazının əldə olunduğu Rusiya muxtariyyətlərin müstəqilliyinə nail olsa, Kreml heç kimə lazım olmayacaq.

• Qədim tarixdə Romanı qazların xilas etdiyi barədə əfsanə var. İndiki tarixdə isə Avropanın mavi yanacaq-qaz xilasında Rusiyadan yararlanmaq da əfsanədir, reallıq deyil. Ən yaxşı halda onlar çıxardar, biz ötürərik.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*