Bakı və İrəvan bu tarixdə sülh müqaviləsi imzalaya bilər – YENİ MƏQAMLARbackend

Bakı və İrəvan bu tarixdə sülh müqaviləsi imzalaya bilər - YENİ MƏQAMLAR

“Azərbaycan və Ermənistan arasındakı yekun sülh sazişinin imzalanması Ermənistanın siyasi iradəsi, daxili proseslər və xarici təsirlərdən birbaşa asılıdır. Mövcud vəziyyətə baxsaq, deyə bilərik ki, 2025-ci ilin martında Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin yaydığı məlumatlarda sülh sazişinin layihə mətninin üzərində işin yekunlaşdırıldığı bildirilmişdi. Yəni mətn hazırdır və sülh sazişinin imzalanma mərhələsinə keçmək üçün yalnız qərar gözlənilir”.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Azərbaycan öz üzərinə düşən bütün məsələləri mərhələ-mərhələ yerinə yetirir, sülh təşəbbüsləri ilə çıxış edir və bəzi prinsiplərini ortaya qoyur. Eyni zamanda, regionda əlaqələrin normallaşması üçün səylər göstərilir. Belə ki, Azərbaycandan Ermənistana neft məhsulları daşınır və digər ölkələr üçün Azərbaycan ərazisi vasitəsilə tranzit imkanları yaradılır. Bu, Azərbaycanın bölgədə sülhün təmin olunmasına verdiyi töhfəni göstərir”.

E.Səftərov qeyd edir ki, əsas məsələ isə Ermənistanın parlament seçkiləri və ondan sonra keçirilməsi planlaşdırılan referendumdur.

“Sülh sazişinin imzalanması üçün Ermənistanın hüquqi normativlərindəki ərazi iddialarının çıxarılması vacibdir. Nikol Paşinyanın parlament seçkilərində qələbəsindən sonra referendumun keçirilməsi müəyyən zaman ala bilər. Bu prosesdə Azərbaycan uzunmüddətli və etibarlı sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Əgər hər şey plan üzrə gedərsə, referendum 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlinə yaxın keçirilə bilər və qanuni dəyişikliklərdən sonra sülh müqaviləsinin qısa müddətdə imzalanmasına maneə qalmayacaq”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*