Bakıdan Zaqatalaya sərnişin daşıyan mikroavtobus Qobustan rayonu ərazisində qəzaya düşüb.
KONKRET.az xəbər verir ki, hadisə Mərəzə qəsəbəsi yaxınlığında qeydə alınıb.
“Mercedes Vita”nın aşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, qəza zamanı bir nəfər xəsarət alıb.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir.


