Bakıda 11 elektromobildən oğurluq edən şəxs saxlanıldıbackend

Bakıda 11 elektromobildən oğurluq edən şəxs saxlanıldı

Bakıda 11 elektromobildən oğurluq edən şəxs polis saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində “Volksvagen” markalı elektromobildən 1500 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı Mahir Məmmədovu saxlayıb.

Araşdırmalarla saxlanılan şəxsin paytaxtın digər ərazilərində də əsasən elektromobillərdən oğurluq etdiyi müəyyən olunub. Onun bu yolla 11 nəqliyyat vasitəsini taladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*