Naxçıvanda avtomobil 63 yaşlı qadını vurdubackend

Naxçıvanda avtomobil 63 yaşlı qadını vurdu

Naxçıvan şəhərində yol qəzası baş verib.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, bu gün səhər şəhərin Əziz Əliyev küçəsində avtomobil yolu qarşı tərəfə keçən 1963-cü il təvəllüdlü Cəmilə Baxışəliyevanı vurub. Xəsarət alan 63 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*