Bakıda 20 min manat dəyərində qızıl-zinət oğurlandıbackend

Bakıda 20 min manat dəyərində qızıl-zinət oğurlandı

Bakının Xətai rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinyət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*