Bakıda itkin düşən 10 yaşlı uşaq TAPILDI – YENİLƏNİBbackend

Bakıda itkin düşən 10 yaşlı uşaq TAPILDI - YENİLƏNİB

Bakıda itkin düşən 4-cü sinif şagirdi Əlizadə Ayxan Zəfər oğlu tapılaraq ailəsinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, paytaxtın Xətai rayonunda itkin düşmüş kimi axtarışa elan olunan azyaşlı polis əməkdaşları tərəfindən “Playstation” oyun salonunda tapılaraq ailəsinə təhvil verilib.

Onun itkin düşməsində kriminal tərkib yoxdur.

****

Bakıda 4-cü sinif şagirdi itkin düşüb.

KONKRERT.az musavat.com-a istinad’n xəbər verir ki, Bakının Əhmədli qəsəbəsində 4-cü sinif şagirdi Əlizadə Ayxan Zəfər oğlu itkin düşüb.

Bu barədə onun yaxınları məlumat verib.

A.Əlizadənin son dəfə Əhmədli qəsəbəsi, Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görüldüyü bildirilir.

O, fotodakı geyimdə olub.

Onu görənlərdən və ya məlumatı olanlardan xahiş olunur ki, dərhal 077 733 05 05 nömrəsi ilə əlaqə saxlasınlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*