Bakıda iki maşın toqquşdu, 3 nəfər öldü – YENİLƏNİBbackend

Bakıda iki maşın toqquşdu, 3 nəfər öldü - YENİLƏNİB

Xəzər rayonu Qala-Türkan yolunda ağır yol qəzasında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toqquşub.

Hadisədə “VAZ-2107” markalı avtomobilin sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri – 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib.

Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

19:11

Xəzər rayonunda Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hunday” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, “VAZ-2107” avtomobilin sürücüsü və sərnişini olan azyaşlı ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*