Bakıda avtomobil qadını vuraraq öldürüb.
KONKRET.az xəbər verir ki, hadisə noyabrın 9-da Yasamal rayonu, Şərifzadə küçəsi ilə Ü.Əkbərov küçəsi ilə kəsişmədə qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Quliyev Məhərrəməli Ataxan oğlu idarə etdiyi “Qaz-24” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1961-ci il təvəllüdlü Əliyeva Anaxanım Babahəsən qızını vurub. Nəticədə A.B.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.//Report
