Bakıda avtomobil təmiri sexində yanğın başladıbackend

Bakıda avtomobil təmiri sexində yanğın başladı

Bakıda avtomobil təmiri sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) KONKRET.az-a verilən xəbərə görə, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*