Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib – VİDEObackend

Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO

Paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm və Bülbül küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Ford” və “Changan” markalı avtomobillərin iştirakı ilə qəzanın baş verdiyi və “Changan” markalı minik avtomobilinin sürücüsünün müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 1982-ci il təvəllüdlü Ramil Məmməd oğlu Məmmədov xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*