Bakıda baş verən ağır qəzanın – Anbaan videosubackend

Bakıda baş verən ağır qəzanın - Anbaan videosu

Bakıda yol hərəkəti qaydalarının pozulması qəza ilə nəticələnib.

KONKRET.az xəbər verir ki, hadisə nəzarət kamerası tərəfindən qeydə alınıb.

Belə ki, yol-nəqliyyat hadisəsi Xəqani Rüstəmov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsində baş verib.

“Mitsubişi Pajero” markalı avtomobilin sürücüsü yolayrıcında sola dönən zaman, qarşıdan düzünə hərəkətdə olan VAZ markalı avtomobillə toqquşub.

Güclü zərbənin təsirindən VAZ markalı avtomobil aşıb və yol kənarında yerləşən işıqforu yararsız vəziyyətə salıb. Hadisə nəticəsində həm avtomobillərə, həm də yol infrastrukturuna ciddi ziyan dəyib.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*