Rusiyanın Dəniz Kollegiyasının sədri Nikolay Patruşev bildirib ki, Litva Kalininqrad vilayətinə qarşı hər hansı hücuma cəhd edərsə, bunun nəticələri ölkə üçün ağır olacaq.
KONKRET.az xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, Patruşev Litva rəhbərliyinin bütün Avropanı belə bir hərbi avantüraya cəlb etməyə çalışdığını iddia edib.
“Litvalı siyasətçilərin bütün Avropanı bu hərbi avantüraya sövq etmək istədiyi aydındır. Lakin onlar anlamalıdırlar ki, mümkün təcavüz halında ilk növbədə Litvada dinc və qayğısız həyat sona çatacaq, həmçinin ölkənin suverenliyi təhlükə altına düşəcək”, – deyə
Patruşev vurğulayıb. Onun bu açıqlaması regionda təhlükəsizlik və hərbi gərginliklə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.
Müşviq Tofiqoğlu
KONKRET.az
