ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir.
Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, əldə edilən bu razılaşmadan sonra dolların ciddi ucuzlaşacağını zənn etmir.
İqtisadçının sözlərinə görə, hazırkı vəziyyət üçün bu real deyil: “Hələ ki, qeyri-müəyyənliklər davam edir. Neftin qiyməti də müəyyən səviyyədə formalaşıb, 100 dolların üzərini keçməyib. Bu da dolların ucuzlaşacağına heç bir əsas vermir. Dolların ucuzlaşması məsələsi aktual deyil. Bu baxımdan ölkə manatının məzənnəsinin dəyişməsi də real görünmür”.
