Moskva Kiyevdən Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında G7 sammiti çərçivəsində görüş keçirilməsi barədə rəsmi təklif almayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya və Ukrayna arasında rəsmi əlaqə kanalları mövcud deyil. Bununla belə, Peskov qeyd edib ki, Zelenski “məsuliyyətli və ciddi danışmağa hazırdırsa”, hər zaman Moskvaya gələ bilər.
Volodimir Zelenski isə bir gün əvvəl açıqlamasında bildirib ki, Ukrayna tərəfi bu həftə Fransada keçiriləcək G7 sammiti çərçivəsində Putinlə görüş təklifini “mesaj şəklində” Rusiyaya çatdırıb.
Onun sözlərinə görə, Moskva bu təşəbbüsü dəstəkləməyib.
Zelenski daha əvvəl də Putinlə istənilən formatda görüşə hazır olduğunu vurğulasa da, belə bir görüşün Moskvada keçirilməsini qəbul etmədiyini bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
