Rusiya tərəfindən tətbiq edilən qadağadan sonra Ermənistan Ukraynaya gül tədarükünə başlayıb.
KONKRET.az xəbər verir ki, Ermənistan mənbələrinin yaydığı məlumata görə, ölkədən Ukraynaya göndərilən ilk partiya, təxminən 9,5 min ədəd gül artıq ünvana çatdırılıb.
Tədarüklərin Ukraynada yaşayan erməni sahibkar tərəfindən təşkil edildiyi qeyd olunur. Onun sözlərinə görə, ilk partiya demək olar ki, tam satılıb, yaxın günlərdə isə təxminən eyni həcmdə ikinci partiyanın çatdırılması gözlənilir.
Məlumata əsasən, Ermənistan bundan əvvəl təxminən 5,5 min ədəd gülü Latviyaya da ixrac edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
