Bakıda binadan atıldığı deyilən şəxs barəsində XƏBƏR VARbackend

Bakıda binadan atıldığı deyilən şəxs barəsində XƏBƏR VAR

Bakıda yaşayış binasının 5-ci mərtəbəsindən atıldığı deyilən şəxsin intihara cəhd etdiyi məlum olub.

KONKRET.AZ xəbər verir ki, 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlu oktyabrın 8-də 5 mərtəbəli binanın sonuncu mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

Araşdırmalar zamanı son günlər ərzində onda psixi pozuntular müşahidə olunub.

Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, Bakıda 20 yaşlı oğlanı binadan atıblar. Hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb. Məlumatlarda naməlum şəxs və ya şəxslərin 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atdığı bildirilib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*