Bakının Binəqədi rayonunda silahlı insident hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə “Dəyirman” kimi tanınan ərazidə qeydə alınıb.
Abıyev Əli Elxan oğlu Pərviz adlı şəxslə mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Ə.Abıyevə məxsus “Niva” markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
