Bakıda bu yollarda tıxac var – SİYAHIbackend

Bakıda bu yollarda tıxac var - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.

KONKRET.az Mərkəzin məlumatını təqdim edir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Moskva prospektində – Bakı Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər – əsas və kənar yol sıxlıq;

3. Rövşən Cəfərov küçəsində – 20 Yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

4. Binəqədi şossesində – mərkəz – “Azadlıq prospekti” metrostansiyası istiqamətində sıxlıq;

5. Ziya Bünyadov prospektində – Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq;

6. Əsəd Əhmədov küçəsində, Dadaş Bünyadzadə küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyədək Zərdabi prospekti istiqamətində sıxlıq;

7. Heydər Əliyev prospektində – “Koroğlu” metrostansiyasının qarşısından 5 saylı ASAN Xidmət mərkəzinin qarşısına qədər kənar yolda sıxlıq;

8. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən ak.Həsən Əliyev küçəsi istiqamətində sıxlıq;

9. Gülarə Qədirbəyova küçəsində, Heydər Əliyev Mərkəzinin yanından Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*