Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN – Sakinlər təxliyə edildibackend

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN - Sakinlər təxliyə edildi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

KONKRET.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 2 m² olan elektrik otağında 60 ədəd sayğac və 4 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Şaxta boyunca kommunikasiya xətləri və mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*