2019-cu yanvar-iyul aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakı şəhərində işçilərin orta aylıq nominal əməkhaqqı 3,7 faiz artaraq 819,4 manat olub.
KONKRET.AZ bildirir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərə verilib.
Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.
