Bakıda evdə yanğın oldubackend

Bakıda evdə yanğın oldu

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli mansarda tipli yaşayış binasında ümumi sahəsi 140 m² olan mənzilin 1 otağının tavanı 1 m² sahədə, sahəsi 80 m² mansardanın yanar konstruksiyaları 10 m² sahədə və binanın dam örtüyü 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.aza verilən məlumata görə, mənzilin, mansardanın və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*