Bakıda evdən 12 min manatlıq oğurluq oldubackend

Bakıda evdən 12 min manatlıq oğurluq oldu

Bakıda evdən 12 min manatlıq oğurluq olub.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib.

Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12 min 401 manatının oğurlanmasını bildirib.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*