Bakıda həbs edilən ruslara hökm oxundubackend

Bakıda həbs edilən ruslara hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində kiber-cinayətkarlıq yolu ilə əldə edilmiş 98 min manat vəsaiti leqallaşdırmaqda ittiham olunan Rusiya Federasiyası vətəndaşları – İqor Zabolotskix və İlnur Valitovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

KONKRET.az haqqin.az-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin qərarına əsasən, İqor Zabolotskix və İlnur Valitovun hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli biliniblər. İstintaq materiallarına görə, onlar kiber-müdaxilələr vasitəsilə əldə etdikləri vəsaitlərin mənşəyini gizlətməyə və rəsmi dövriyyəyə daxil etməyə cəhd göstəriblər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*