Bakıda icra başçısının tikdirdiyi yaşayış binası yanır – FOTOLARbackend

Bakıda icra başçısının tikdirdiyi yaşayış binası yanır - FOTOLAR

KONKRET.az BakuPost-a istinadən xəbər verir ki, yanğın Nizami rayon Naxçıvanski küçəsi, Bakcell Arena stadionunun qarşısındakı 8a nömrəli binanın 9-cu mərtəbəsində baş verib. Yanğın digər mərtəbələrə də keçib.

Hazırda binada yanğın davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın baş verən ərazidədir. Lakin kran lazım olduğu üçün hələ də yanğının qarşısını almaq mümkün olmayıb.

Qeyd edək ki, bina Gəncənin hazırkı icra başçısı Niyazi Bayramova məxsus MTK tərəfindən tikilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*