Küveyt beynəlxalq hava limanına İranın pilotsuz uçuş aparatları (PUA) və raketləri ilə həyata keçirilən hücum nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Məlumata görə, hücum sübh saatlarında mülki obyektləri hədəf alıb.
Beynəlxalq hava limanı ilə yanaşı, mühüm infrastruktur obyektlərinə və diplomatik nümayəndəliklərə də ziyan dəyib.
Küveyt rəsmiləri hadisənin təfərrüatlarını araşdırdıqlarını və vəziyyətin nəzarət altında saxlanıldığını bildiriblər.
Müşviq Tofiqoğlu
KONKRET.az
