Baş Prokurorluğun Mətbuat xidməti Bakıda liftin qırılması ilə bağlı məlumat yayıb.
Qurumdan KONKRET.az-a verilən məlumata görə, iyulun 4-də paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
