Bakıda mağaza sahibinin oğlu İNTİHAR ETDİ – FOTObackend

Bakıda mağaza sahibinin oğlu İNTİHAR ETDİ - FOTO

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Hadisə Təbriz küçəsi 58-66 ünvanında qeydə alınıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, əslən türkiyəli olan 15 yaşlı Məhəmməd Kalkan özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Yeniyetmə hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, intihar edən şəxsin yaşadığı binada yerləşən “İzmir” mağazasının sahibinin oğlu olduğu deyilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. İntihar edən şəxs əvvəlcə binanın həyətində olan “Mercedes” markalı avtomobilin üzərinə düşüb. Zərbə nəticəsində maşının arxa hissəsi əzilib.

Baş vermiş hadisə ilə əlaqədar yolda sıxlıq müşahidə edilib. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*