Binə qəsəbəsində zəncirvari qəza baş verib.
KONKRET.az xəbər verir ki, hadisə səhər saatlarında Xəzər rayonu Binə qəsəbəsində Savxoz deyilən ərazidə baş verib.
İlkin məlumata görə, “Kia” markalı avtomobil geriyə hərəkət edib, bu zaman hərəkətdə olan “190” nömrəli avtobusla toqquşub.
Digər “160” nömrəli avtobus isə ara boşluğundan istifadə edib keçmək istəyərkən digər avtobusa dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, böyük sıxlıq yaranıb.BAKU.WS
