Bakıda məşhur mağazadan külli miqdarda pul oğurlandıbackend

Bakıda məşhur mağazadan külli miqdarda pul oğurlandı

“AZNUR” MMC-nin tabeçiliyində olan “Belaruski” mağazalar şəbəkəsinin filialından külli miqdarda pul oğurlanıb.

KONKRET.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, mağazada fəhlə kimi çalışan Anar Məmmədov (ad-soyad şərtidir) müdir otağına qanunsuz daxil olaraq 36404 manat məbləği cinayət yolu ilə mənimsəyib.

Seyfdən oğurladığı pulların bir qismini öz ehtiyacları üçün xərcləyən Anar, Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman cinayət əməli etiraf edib.

Saxlanılan zaman üzərində 32900 manat olan təqsirləndirilən şəxs dəymiş zərərin qalan hissəsini “AZNUR” MMC-yə ödəyib. Bundan sonra zərərçəkmiş şəx A.Məmmədovdan şikayətçi olmayıb.

Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən, 1999-cu il təvəllüdlü A.Məmmədovun azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*