Bakıda metroda texniki nasazlıq yaranıbbackend

Bakıda metroda texniki nasazlıq yaranıb

Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar “Elmlər Akademiyası” stansiyasında dayanmadan keçib.

KONKRET.AZ-ın xəbərinə görə, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndiricilər vasitəsi ilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.

“Həzi Aslanov” – “Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən “İnşaatçılar” stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.

“İnşaatçılar” stansiyasında dayanan qatarın bütün sərnişinləri boşaldılıb. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*