Bakıda neft quyusu yaxınlığında yanğın olub.
KONKRET.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayonunda 1 ədəd elektrik lövhəsi və 1 paq.m kabel yanıb. Yaxınlıqdakı neft quyusu yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
