Bakıda ölən sabiq dövlət katibinin son müsahibəsibackend

Bakıda ölən sabiq dövlət katibinin son müsahibəsi

Bakıda vəfat edən Rusiyanın sabiq dövlət katibi Gennadi Burbulis son müsahibəsini Haqqın.az-a verib.

KONKRET.az xəbər verir ki, “Rusiyanın SSRİ-nin bərpa etməsi cəhdinə necə yanaşırsınız?” sualına Burbulis belə cavab verib: “Bu sayıqlama və utopiyadır. SSRİ-ni bərpa etmək mümkün deyil!”

Burbulis Sovet İttifaqının dağılmasında xidmətləri olmuş siyasətçidir.

Sovet İttifaqının süqutunu elan edən Sazişdə olan məşhur cümlə – “SSRİ beynəxalq hüququn subyekti və geopolitik reallıq kimi öz movcudluğunu dayandırır” ifadəsi Burbulusə məxsus idi.

Burbulis SSRİ-də Demokratik Hərəkatın koordinatorlarından idi. Azərbaycan Xalq Cəbhəsi ilə Yeltsinin rəhbərlik etdiyi Demokratik Hərəkatın birgə koordinasiyasını Burbulis və Tofiq Qasımov həyata keçirib.

Burbulis Yeltsin Rusiyasının son dərəcə böyük siyasi fiquru idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*