Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs saxlanıldı – VİDEObackend

Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs saxlanıldı – VİDEO

Bakıda hərəkətin intensiv olduğu yola oyuncaq nəqliyyat vasitəsi ilə çıxaraq həm özünün, həm də digər sürücü və piyadaların həyatı üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

KONKRET.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) məlumat verilib.

Qeyd olunub ki, sözügedən şəxs 2001-ci il təvəllüdlü, Mirzəli soyadlı şəxsdir.

“Onun barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür”, – məlumatda bildirilib.

Vurğulanıb ki, hərəkətin intensiv olduğu avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər. Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*