Ukrayna dronları Rusiyanın Mi-8 helikopterini belə məhv etdi – DETALLAR / VİDEO backend

Ukrayna dronları Rusiyanın Mi-8 helikopterini belə məhv etdi – DETALLAR / VİDEO 

Ukrayna hərbçiləri Luqansk vilayətində Rusiyaya məxsus Mi-8 hərbi helikopterini pilotsuz uçuş aparatları ilə vurublar.

KONKRET.az xəbər verir ki, Ukraynanın 3-cü Əlahiddə Hücum Briqadasının hərbçilərinin həyata keçirdiyi əməliyyat barədə 3-cü Ordu Korpusu məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı SKYFOM pilotsuz sistemlər bölməsinin “Hornet” kamikadze dronlarının operatorları Rusiya helikopterini aşkarlayaraq onu havada təqib etməyə başlayıblar.

Helikopterin sürəti dronlardan yüksək olduğundan onu havada vurmaq mümkün olmayıb. Ukrayna hərbçiləri helikopterin yerə enməsini gözləyərək yanacaq çənləri yerləşən hissəyə zərbə endiriblər. Ardınca ikinci “Hornet” dronu da hədəfi vurub.

Nəticədə Mi-8 helikopteri tamamilə yanaraq sıradan çıxıb.

Qeyd edək ki, Rusiya ordusu Mi-8 helikopterlərindən şəxsi heyətin və yüklərin daşınması, yaralıların təxliyəsi, eləcə də döyüş əməliyyatlarında atəş dəstəyi üçün istifadə edir.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*