Moskvadakı Şeremetyevo beynəlxalq hava limanının yaxınlığında vurulduğu ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
KONKRET.az xəbər ki, bu barədə Ukrayna və Rusiya kanalları video və fotoşəkillər paylaşıblar. Məlumata görə, yanğın hava limanı yaxınlığında yerləşən və “Rostneft” şirkətinə məxsus neft bazasında baş verib.
Bildirilib ki, hadisədən bir qədər əvvəl Şeremetyevo ərazisində hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub.
Hələlik PUA-nın həmin əraziyə düşməsi, mümkün dağıntılar və tələfat barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Moskva meri Sergey Sobyanin oktyabrın 31-də paytaxta doğru uçan bir neçə PUA-nın vurulduğunu açıqlayıb.
