Bakıda partlayış: Xəsarət alan varbackend

Bakıda partlayış: Xəsarət alan var

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən xəbər görə, partlayış dalğasının təsirindən evin ön divarı uçub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*