Bakıda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçıbbackend

Bakıda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub.

KONKRET.AZ xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, İmam Rza məscidinin yaxınlığında baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Allahverdiyev Emin Şəmsi oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub. Sürücü hadisə yerindən yayınıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*