Bakıda qadına qarşı soyğunçuluq edildibackend

Bakıda qadına qarşı soyğunçuluq edildi

Bakıda mağazada qadına qarşı soyğunçuluq edilib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 11-də paytaxtın Yasamal rayonu M.Həsənov küçəsində yerləşən mağazada bir nəfərin satıcının içərisində pulu, sənəd və bank kartları olan pulqabısının soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Rasim Bayramov müəyyən olunaraq saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*