Bakıda qitə çempionlarının iştirakı ilə toplanış başlandıbackend

Bakıda qitə çempionlarının iştirakı ilə toplanış başlandı

Bakı Olimpiya Stadionunda 40-dan çox əcnəbi cüdoçunun iştirakı ilə təlim-məşq toplanışı keçirilir.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, iyunun 10-dək davam edəcək toplanışa Xorvatiya, Çexiya, Finlandiya, Niderland, Slovakiya, Ukrayna və Puerto Rikodan yüksək səviyyəli idmançılar qatılıblar.

Onlar arasında son Avropa çempionları Boqdan Yadov (66 kq), Maykl Korrel (100 kq), Jur Spijkers (+100 kq) və ötənilki Panamerika çempionu Adrian Qandia da yer alıb.

Bu növ təlim-məşq toplanışlarının təşkilində məqsəd ilk növbədə idmançıların peşəkar bacarıqlarının artırılması, rəqabət səviyyələrinin təkmilləşdirilməsi ilə yanaşı, onların qarşıdan gələn irimiqyaslı beynəlxalq yarışlara hazırlanmasına dəstək göstərməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*