Bakıda qrup halında narkotik qəbul edən şəxslər SAXLANILDIbackend

Bakıda qrup halında narkotik qəbul edən şəxslər SAXLANILDI

Paytaxtın Nizami rayonunda qrup halında narkotik vasitə qəbul edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət işi başlanılıb.

Digər şəxslər – 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-ci il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*