Ötən sutka ərzində Bakı şəhərinin Binəqədi rayonu üzrə üç nəfər liftdə qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə iki müraciət daxil olub.
Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən ikisi azyaşlı olmaqla üç nəfərin liftdən çıxarılması təmin edilib.
