Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə…backend

Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...

Xəzər dənizinin səviyyəsində müşahidə olunan dəyişiklik onu göstərir ki, adaptasiya tədbirləri həyata keçirilməlidir.

KONKRET.az report-a istinadla xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlər və icmalar Şəhər adaptasiyası üçün iqlim maliyyələşdirməsinin təmin edilməsi” adlı sessiyada deyib.

Onun sözlərinə görə, Xəzər dənizi Azərbaycan üçün strateji sərvət olmaqla yanaşı, eyni zamanda ekoloji irs və həssas təbii sistemdir:

“Dünyanın bir çox bölgələri kimi, Xəzər hövzəsi də iqlim dəyişikliyinə yüksək həssaslıq göstərən ərazilərdən biridir. Temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması, uzun müddət davam edən quraqlıq dövrləri, torpaqların deqradasiyası, biomüxtəlifliyin itirilməsi və artan ekstremal hava hadisələri region ölkələri üçün yeni çətinliklər yaradır. Son illərdə Xəzər dənizinin suyun səviyyəsinin aşağı düşməsi artıq ciddi ekoloji təhlükəyə çevrilib. Bu proses sahil ekosistemlərinə, eləcə də şəhər infrastrukturuna, balıqçılığa, logistikaya, turizmə və milyonlarla insanın həyat şəraitinə birbaşa təsir göstərir”.

A. Səmədzadə əlavə edib ki, Xəzər dənizinin səviyyəsində müşahidə olunan dəyişikliklər bir daha göstərir ki, region ölkələri uyğunlaşma tədbirlərini daha tez, əlaqələndirilmiş şəkildə və elmi əsaslarla həyata keçirməlidirlər:

“Xəzər hövzəsində baş verən ekoloji proseslər region ölkələrinin ortaq məsuliyyətini və əməkdaşlığını daha da vacib edir. Bu baxımdan, Xəzər dənizinin dəniz mühitinin qorunması haqqında Konvensiya çərçivəsində birgə fəaliyyətlər, eləcə də Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, informasiya və təcrübə mübadiləsinin gücləndirilməsi, birgə elmi tədqiqatların təşviqi və regional uyğunlaşma təşəbbüslərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*