Bakıda yataq otağında qadın vəhşicəsinə döyüldübackend

Bakıda yataq otağında qadın vəhşicəsinə döyüldü

Bakının Sabunçu rayonunda 47 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində baş verib.

1979-cu il təvəllüdlü Tacəddin həmin ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağında arvadı Sahibə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Tacəddin arvadı ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onun saçından tutaraq başını evin divarına vurub, əlləri ilə barmaqlarını sıxaraq xəsarətlər yetirib.

Faktla bağlı Tacəddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Sabunçu Rayon Məhkəməsində aparılan araşdırma zamanı onların arasında barışıq olması müəyyən edilib. Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs hakimə barışdıqlarını deyiblər. Zərərçəkən şikayətini geri götürdüyünü elan edib.

Bu halları nəzərə alan Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirlçəndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.\\Demokrat.a

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*