Bakıda yüksək sürətin səbəb olduğu qəzalar… – Anbaan videobackend

Bakıda yüksək sürətin səbəb olduğu qəzalar… – Anbaan video

Avtomobili yüksək sürətlə idarə etmək, manevr etmə qaydasını pozmaq qəzaya səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Aeroport şosesində qeydə alınan iki qəzada baş verənlərdən sürücülər nəticə çıxarmalıdırlar:

“Təəssüflər olsun ki, bəzi sürücülər yol hərəkəti qaydalarını pozmağın yol-nəqliyyat hadisələrinə səbəb olduğunu bilsələr də, bu məsələyə ciddi yanaşmırlar.

Həyat və sağlamlıqlarını heçə sayan bu tip sürücülər avtomobildə olan sərnişinlərlə yanaşı, yolda olan digər hərəkət iştirakçıları üçün də qəza təhlükəsi yaradırlar”.

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda son dərəcə diqqətli olmağa çağırır”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*