Bakıdan Tehrana gedən HESABAT: “İranın taleyi dəqiqdir” – ŞƏRHbackend

Bakıdan Tehrana gedən HESABAT: "İranın taleyi dəqiqdir" - ŞƏRH

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrana gedib.

KONKRET.az xəbər verir ki, Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb. Səfir iki ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı nazirə hesabat təqdim edib.

Hesabat özündə nəyi ehtiva edir və ya Azərbaycandakı səfir İrana hansı məlumatları verib?

1. Əvvəlki hesabatlar arasında “məşhədi agentura”sının topladığı informasiya yer alsaydı, kimsə təəccüblənməzdi. İndi də hesabatda cüzi məlumatın olması məntiqlidir. Çünki DTX əməliyyatları ilə saxlanılan Tehran satqınları farsların Azərbaycandakı “şiə şəbəkəsi”nin hamısı deyil. İndinin özündə də İslam, əhli-beyt aşiqləri pərdəsi altında İran yalanlarında gizlənənlər, cənnətin fars bayrağının kölgəsində olduğuna inananlar var. Bəli, molla rejiminin manqurtlaşdırdığı azərbaycanlılar çoxdur. Halbuki həmin rejim cənubdakı soydaşlarımıza divan tutmaqla məşğuldur.

2. Hesabatda qeyd oluna bilər ki, Azərbaycandakı rus və türk dayaqları fars sütunlarını sıradan çıxarıb. Öncəki yazıda qeyd olunduğu kimi, Moskva-Bakı yaxınlaşması duyulmaqdadır və insanlar arasında yeni SSRİ qorxusu yaranıb. Lakin Azərbaycanda nüfuz sahibi olmaq istəyən digər ölkə Türkiyədir. II Qarabağ savaşındakı dəstəkdən sonra xalq Turan İttifaqının tərəfdarıdır, nəinki yeni sovetlərin. Bunun da elementar məntiqi izahı var:

Orta əsrlərdə Osmanlı-Səfəvi ittifaqı qurulsaydı, azərbaycanlılar fars-rus əsarətinə düşməzdi. Bundan başqa, Qarabağ savaşlarının bünövrəsi SSRİ zamanı qoyulub. Ruslar bizim torpaqlarda hibrid erməni dövləti qurub, Zəngəzuru Ermənistana birləşdirib, Qarabağda haylar üçün muxtariyyət yaradıb. Rusiya 20 Yanvar qırğını törədib, Xocalı soyqırımına dəstək olub və s. Hazırda rus sülhməramlıların Azərbaycan ərazisində xidmət göstərməsi Bakı-Moskva əməkdaşlığını məcburiləşdirir.

Türkiyənin də nüfuz dairəsi güclənməkdədir. Bu isə Kremli müəyyən güzəştlərə vadar edir ki, Bakını tam itirməsin. Söhbət hansı gücün kurasiyasına düşəcəyimiz yox, müstəqilliyimizi hansı qütbdə davam etdirəcəyimizdən gedir. İndiki siyasi xətt ikili standartlar səpkilidir. Belə ki, Rusiya ilə mehriban qonşuluğa paralel Qərblə də əməkdaşlığımız öz axarındadır.

İran isə oyundan kənar vəziyyətdə qalıb. Baxmayaraq ki, ikinci ən böyük quru sərhədlərimiz olan bu dövlətlə regional iqtisadi layihələr icra olunur. Müəyyən təzadlar Azərbaycan ətrafındakı mübarizəni sezilən edir:

– Azərbaycan mediasında Rusiya tənqidi davam edir. Moskva-Bakı yaxınlığına isə xələl dəyməyib;

– İranın mühakimə olunması daha sürətlidir. Hətta sərhəddəki hərbi təlimlərinə eynilə cavab verilib. Prezidentin son çıxışlarında cənublu soydaşlarımızın hüquqları qabardılıb. Türkmənistan-İran-Azərbaycan qaz nəqli davam edir. Şimal-Cənun nəqliyyat dəhlizi istiqamətində işlər yolundadır. Hətta Rusiya, Azərbaycan və İran arasında vahid enerji sistemi layihələri mövcuddur.

Bəli, Türkiyənin Azərbaycanda artan nüfuzu İran-Rusiya yaxınlaşmasını sürətləndirib. Odur ki, bu mehribançılığın tək səbəbi sanksiya, Qərbin parçalanma planları deyil.

3. İran səfiri ermənipərəst Abdullahianı Azərbaycandakı abu-havadan agah edib. Ermənistanı “qırmızı xətt” adlandıran Tehranın tək yolu Azərbaycanda qondarma rejim yaratmaqdır. Lakin Bakı nüfuzlarının ən güclü dövründə Talış-Muğan qondarmasının fiaskosu, Nardaran uğursuzluqları onları bu işdə tələsdirmir. Həm də indi Azərbaycanda İrana nifrət var və müsəlmanların hamısı şiə deyil. Belə olan halda onlar təriqət davası salmağa çalışacaqlar ki, bu da boşa çıxacaq. Çünki Azərbaycan tolerant ölkədir və burada bütün dinlərə, məzhəblərə hörmət var. Yəhudi və dağ yəhudilərinin sinaqoqları, pravoslav və katolik kilsələr, sünni-şiə məscidləri buna isbatdır. Həmçinin ölkədə deizm və ateizm cərəyanları da geniş yayılıb. Odur ki, zəncirli fars şəbəkəsi maksimum fləşmob iqtidarındadır. Ona isə icazə var.

O ki qaldı İranın Azərbaycana hücum ehtimalına, dünyanın işin bilmək olmur. Amma belə həmlədən sonrakı İranın taleyi dəqiqdir. Bu gedişlə farslar ancaq Fars, yaxud Oman körfəzinin sahillərini görəcəklər. Araz çayı ilə Xəzər dənizinə xəritədən baxacaqlar.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*