Zabrat qəsəbəsini içməli su ilə təchiz edən xətdə aparılacaq təmir işləri ilə əlaqədar 11 aprel tarixində saat 10:00-dan axşam saatlarına qədər qəsəbəyə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bu barədə KONKRET.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.