Bakının bu qəsəbəsində 7 saat işıq olmayacaqbackend

Bakının bu qəsəbəsində 7 saat işıq olmayacaq

Bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.

“Azərişıq”dan KONKRET.az-a verilən məlumata görə, bununla əlaqədar saat 09:00-dan saat 16:00-dək qəsəbədə yerləşən Bağlar yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*